RU

Gədəbəydə növbəti ağacəkmə aksiyası keçirilib -Fotolar



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkə ərazisində yaşıllıq sahələrinin genişləndirilməsinə, ətraf mühitin qorunmasına və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) töhfə vermək məqsədilə 11.11. 2024-cü il tarixdə Gədəbəy Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının və Ekologiya və Təbii Sərvətlar Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib.
Aksiya zamanı 6 ha ərazidə 20 min ağac əkilib.



Избранный
50
aia.az

1Источники