RU

Mauro İkardi dönüş tarixini AÇIQLADI

"Samsunspor" oyununda ona göstərilən diqqəti həyatı boyu unutmayacağını bildirən Mauro İkardi "Bu sevgi hər kəsə nəsib olmur. Sağalıb çempionluq oyunlarında oynayacağam" deyib.

News24.az-ın xarici mediaya istinadla xəbərinə görə, son iki mövsümdə olduğu kimi bu mövsümdə də çempionluğa doğru addımlayan “Qalatasaray” ulduz hücumçusu Mauro İkardini itirməsinə görə kədərlənib.

“Samsunspor” oyununu tribunadan izləyən argentinalı futbolçu meydanda baş verənlərə çox emosional olub. Osimhen ona qollarını hədiyyə edib, formasını açıb, stadionda “ Aşkın olayım” səslənib və azarkeşlərin istəyi ilə Mauro İkardi meydançaya enərək üçlü çəkdirib. Yaşadıqlarından sonra “Bu sevgi hər kəsə ola bilməz” deyən İkardi menecerlərə “Mövsümün finalında meydanda olacam, çempionluğu birlikdə qeyd edəcəyik” deyib.

\\Lent.az

Избранный
88
5
news24.az

6Источники