RU

“Kalaşnikov” konserni “Çukavin”in istehsalı üzrə illik sifarişi yerinə yetirib

Ruysiyanın “Kalaşnikov” konserni “Çukavin” snayper tüfənginin istehsalı üzrə illik sifarişi yerinə yetirib və məhsulları tam həcmdə yerli müştəriyə göndərib.

“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, “Çukavin”, Rusiya Silahlı Qüvvələri tərəfindən xüsusi hərbi əməliyyat zonasında fəal şəkildə istifadə olunan yeni nəsil snayper tüfəngidir.

Xatırladaq ki, “Kalaşnikov” konserni “Çukavin”in seriyalı istehsalına ötən ildən başlayıb.

Çapı 7,62×54 mm və maqazinsiz kütləsi 4.8 kq olan “Çukavin” snayper tüfənginin ümumi uzunluğu 1170 mm, lüləsinin uzunluğu isə 620 mm-dir. O, dövlət sınaqlarından uğurla keçən yeni 1P97 optik nişangahı ilə təchiz edilib.

Избранный
37
poliqon.az

1Источники