Britaniyanın Baş naziri Keir Starmer Co Baydendən 20 milyard dolları Donald Trampın andiçmə mərasimindən əvvəl Ukraynaya verilməsini istəyir.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Böyük Britaniyanın Baş naziri Starmer Donald Trampın ABŞ prezidenti vəzifəsinə başlamazdan əvvəl Co Baydendən Ukraynaya 20 milyard dollar kredit istəməyi planlaşdırır. Starmer gələn həftə Braziliyada keçiriləcək G20 sammitində Baydenlə danışıqlar aparmaq istəyir. Starmer Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli “Storm Shadow” raketlərinin buraxılması üçün Ukraynaya icazə verilməsi məsələsini qaldırmaq niyyətindədir”,-deyə məlumatda bildirilir.
O da qeyd olunur ki, Bayden bu təklifə qarşı çıxır.