RU

Əliyevin bu təşəbbüsünü alqışlayırıq

Qazaxıstan Azərbaycan Prezidenti İlham Əliyevin Xəzər dənizi ilə bağlı təşəbbüsünü alqışlayır.

Publika.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda keçirilən COP29 Liderlər Sammitində milli bəyanatında deyib.

“Dünyanın ən böyük gölü təhlükədədir. Bu, narahatlıq doğurur və uzunmüddətli beynəlxalq birgə fəaliyyət tələb edir. Azərbaycan Prezidenti İlham Əliyevin Xəzər üzrə təşəbbüsünü, problemin öyrənilməsi və həlli yollarının tapılması üçün Xəzər ölkələri alimlərindən və ekspertlərindən ibarət qrupun yaradılmasını alqışlayır və dəstəkləyirik", - Qazaxıstan dövlət başçısı bildirib.

O, həmçinin əlavə edib ki, Qazaxıstan Aral dənizinin xilas edilməsi üçün səylərini əsirgəməyəcək.

Избранный
63
3
publika.az

4Источники