RU

Həbib Nurməhəmmədovun daha iki şirkətinin hesabları donduruldu

Rusiyanın Federal Vergi Xidməti sabiq UFC çempionu Həbib Nurməhəmmədova məxsus daha iki şirkətin hesabını bloklayıb.

Fanat.Az xəbər verir ki, məlumatı "Mash" yayıb.

Xəbərə görə, dağıstanlı idmançıya məxsus "Futbol topu muzeyi" və "Təhsil, İdman və Sosial İnkişaf Fondu" şirkətlərinin hesabları dondurulub.

Daha öncə Nurməhəmmədovun daha iki şirkəti - "Eagle FC" və "Hikmet trevel" də eyni aqibətlə üzləşmişdi.

Xatırladaq ki, Həbib yayda vergi ilə bağlı problemlərlə qarşılaşmışdı. O, ümumi məbləği 300 milyon rubl olan borcunu avqustda ödəmişdi.

Nihat

Избранный
26
fanat.az

1Источники