RU

"Vəziyyət pisləşib" - Lukaşenko

Belarus iqlim vəziyyətinin yaxşılaşdırılması üçün bütün öhdəlikləri yerinə yetirir.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda keçirilən COP29 iqlim konfransında çıxışı zamanı deyib.

"Milli iqtisadiyyatları, xüsusilə kənd təsərrüfatını dəyişən iqlim şəraitinə uyğun yenidən qurmaq lazımdır. Belarus bu işlə fəal məşğul olur və təcrübəsini bölüşməyə hazırdır", - o qeyd edib.

A.Lukaşenko, həmçinin vurğulayıb ki, inkişaf etməkdə olan ölkələrin dövlət təhlükəsizliyinə xələl gətirmədən "yaşıl texnologiya”lara çıxışına kömək etmək vacibdir.

Belarus Prezidenti qeyd edib ki, ötən ilki iqlim sammitindən sonra vəziyyət yalnız pisləşib.


Müəllif: Teleqraf.com
Избранный
12
10
teleqraf.com

10Источники