RU

Qırğızıstan Prezidenti dünya birliyini əlaqələndirilmiş iqlim fəaliyyətinə çağırıb

Qırğızıstan Prezidenti Sadır Japarov iqlim böhranının kəskinləşməsi fonunda dünya birliyini əlaqələndirilmiş və yaxşı maliyyələşdirilən iqlim fəaliyyətinə çağırıb...

Poliqon xəbər verir ki, o, bunu Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitində çıxışı zamanı bildirib.

S.Japarovun sözlərinə görə, yalnız koordinasiyalı iş Paris Sazişinin məqsədlərinə çatmağa kömək edəcək.

"İqlim məsələləri ilə bağlı bütün ölkələr kiminləsə ikitərəfli münasibətlərindən asılı olmayaraq səylərini birləşdirməlidir. Biz iqlim maliyyələşdirilməsi üzrə yeni kollektiv hədəfin erkən qəbulunu dəstəkləyirik, inkişaf etmiş ölkələri inkişaf etməkdə olan ölkələrə yardımın həcmini 2 trilyon ABŞ dollarına qədər artırmağa və bu maliyyə vəsaitinə asan çıxışı təmin etməyə çağırırıq", - o bildirib.

S.Japarov xatırladıb ki, Qırğızıstan xarici borcun davamlı və yaşıl inkişaf layihələrinə dəyişdirilməsi mexanizmi ilə bağlı təşəbbüs irəli sürüb. "Qırğızıstan bərpa olunan enerji sahəsində bir sıra layihələr həyata keçirir. Biz qonşu ölkələrlə birlikdə regionda ən böyük “Kambarata” SES-in tikintisi layihəsinə başlamışıq", - o qeyd edib.

Qırğızıstan lideri həmçinin buzlaqların intensiv əriməsi, səhralaşma və su ehtiyatlarının azalması fonunda su resurslarından səmərəli istifadənin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, su ehtiyatlarının hər il azalması energetika, təhlükəsizlik, iqtisadiyyat və s. sahələrə mənfi təsir göstərir.

Poliqon.info 

Избранный
72
10
poliqon.info

10Источники