RU

COP29-a gəlməyən Avropa ölkələri siyasi motivlər güdürlər - Vuçiç

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) gəlməyən Avropa ölkələri siyasi motivlər güdürlər.

News24.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç jurnalistlərə bildirib.

"Onların gəlib-gəlməməsi mənim üçün fərq etmir, əsas odur ki, biz buradayıq və gələcəkdə də buraya gələcəyik", - o deyib.

A.Vuçiç vurğulayıb ki, Qərb bu cür addımlarla beynəlxalq münaqişələrin nizamlanmasında köməkdən imtina edir: "Onlar minlərlə ikitərəfli görüş və danışıqlar keçirə bilərdilər, ancaq gəlmədilər. Bu sammit xüsusilə Ukrayna və Yaxın Şərqdə olduğu kimi böyük münaqişələrin dayandırılması lazım olan bir vəziyyətdə çox vacibdir".

Vuçiç bildirib ki, Azərbaycan getdikcə daha əhəmiyyətli siyasi oyunçuya çevrilir:

"Serbiya bu ölkə ilə əməkdaşlığı inkişaf etdirməyə davam edəcək. Bakı ilə Belqrad arasında enerji sahəsində əməkdaşlıq və qaz elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar prosesi Serbiya üçün çox vacibdir. Bizim üçün qazın toplanması və sonradan elektrik enerjisi istehsalı üçün Bolqarıstan və Serbiya arasında interkonnektor, eləcə də qaz dəhlizi çox vacibdir. Digər tərəfdən, Rusiyanın Azərbaycan vasitəsilə İranla, daha sonra bütün digər ölkələrlə logistik əlaqələri də bizim üçün çox faydalıdır".//publika

A.Vuçiç Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) xüsusi diqqət yetirərək, bildirib ki: "Mərkəzi Asiya ölkələri arasında Orta dəhliz də bizim üçün böyük əhəmiyyət kəsb edir. Mən öz vətəndaşlarıma və serbiyalı jurnalistlərə demək istərdim ki, son vaxtlar burada, Azərbaycanda müşahidə etdiyim tərəqqidən heyrətlənmişəm".


Избранный
46
9
news24.az

10Источники