RU

COP29-da dünyanın diqqətini Yeni Kaledoniyaya çəkmək üçün dinc aksiya keçirilib - FOTO

Fransanın müstəmləkə ərazisi olan Yeni Kaledoniyanın nümayəndə heyəti dünyanın diqqətini həmin ölkənin problemlərinə cəlb etmək üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasının gündəliyinin (COP29) keçirildiyi məkanın qarşısında dinc aksiya təşkil edib.

APA xəbər verir ki, müxtəlif şüarlarla aksiyaya qatılan Kanak xalqının nümayəndələri bununla dünya ictimaiyyətindən həm müstəmləkəçiliyə, həm də Fransa tərəfindən ərazinin ekoloji fəlakətə məruz qalması probleminə həssas yanaşma tələb ediblər:

"Gördüyünüz kimi, bizim burada keçirdiyimiz aksiyanın məqsədi ölkələrin iqlim dəyişikliyi üzrə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədardır. Cənubda yerləşən ölkələr, xüsusilə də Konqo iqlim dəyişikliyi, eləcə də oksigen azalması ilə bağlı problemlərimiz var. Onların qarşısının alınması ilə bağlı müəyyən proqramlar qəbul olunsa da, bu kifayət etməyə bilər. Biz tələb edirik ki, ölkələr öz öhdəliklərini dəqiq yerinə yetirsinlər".

Yeni Kaledoniya Parlamentinin üzvü Mari-Lin Oudare Sakilia Fransanın uzun illərdir, ölkəsində mövcud olan faydalı qazıntı yataqlarını qanunsuz istismar etdiyinə diqqət çəkib:

"Bizim burada aksiya keçirməyimizin məqsədi ölkələrimizin səsini dünyaya çatdırmaqdır. Bizim dövlətlərimiz Fransa tərəfindən müstəmləkə altında saxlanılır. Burada qanunsuz faydalı qazıntı hasilatı işləri gedir ki, həmin işlər atmosferi çirkləndirir. COP29 bizə öz səsimizi dünyaya çatdırmağa imkan verir".

COP29-da COP29-da COP29-da COP29-da COP29-da COP29-da COP29-da COP29-da COP29-da
Избранный
16
2
apa.az

3Источники