Belarus prezidenti Aleksandr Lukaşenko Bakıda COP29 çərçivəsində zimbabveli həmkarı Emmerson Mnanqaqva ilə görüşüb.
Oxu24.com xəbər verir ki, bu barədə Belarus KİV məlumat yayıb.
Mnanqaqva Belarus liderini kiçik qardaşı adlandırıb.
"Mənim 82 yaşım var, ona görə də sizə baxanda, cənab Prezident, mən sizdə gənc, cavan qardaşımı görürəm", - o zarafatla deyib.
O, həmçinin qeyd edib ki, Belarus rəhbəri onunla müqayisədə "cavan oğlan, uşaq" kimi görünür.
Lukaşenko da öz növbəsində cənubda yaşayan insanları tərifləyib və qeyd edib ki, onlar şimallılarla müqayisədə daha aktiv və sağlamdırlar.
Ağarza Elçinoğlu