RU

Azərbaycan və Polşa arasında iqtisadi sahədə mühim əməkdaşlıq mövcuddur - Duda

Bakı. Trend:

Azərbaycan və Polşa arasında iqtisadi sahədə mühim əməkdaşlıqmövcuddur.

Trend xəbərverir ki, bu barədə COP29-un keçirildiyi məkanda jurnalistlərəaçıqlamasına Polşa Prezidenti Andjey Duda deyib.

"COP29-a ev sahibliyi edən Azərbaycanın Prezidenti İlhamƏliyevlə ikitərəfli görüşümüz oldu. Mən Prezident İlham ƏliyeviPolşaya dəvət etdim. Ümid edirəm ki, gələn ilin yazında cənabPrezidentin bu səfəri baş tutacaq" - o bildirib.

O qeyd edib ki, iki ölkə arasında iqtisadi məsələlərdə mühiməməkdaşlıq mövcuddur.

“Ümidvaram ki, bu əlaqələr və bu əməkdaşlıq müxtəlif sahələrdə,xüsusilə də bərpa olunan enerji sahəsində möhkəmlənəcək”,- deyə obildirib.

A.Duda Bakıda keçirilən bu iqlim sammitinin açılışında iştiraketməyindən çox şad olduğunu qeyd edib.

"Konfransın təşkilatçılığı hamımızı heyran etdi. Burada evsahiblərini, Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edirik.İqlim sammitinin təşkilində təcrübəmiz var və tam məsuliyyətlə deyəbilərəm ki, bu sammit yaxşı təşkil olunub", - o qeyd edib.

Избранный
42
az.trend.az

1Источники