RU

Deputat: "COP29-da iştirak etməmək Ermənistana olan inamsızlığı daha da artırır"

COP29 dünyanı iqlim dəyişikliyi kimi kritik qlobal bir problemin həlli üçün bir araya gətirən ən əhəmiyyətli platformalardan biridir.

Belə tədbirlərdə iştirak təkcə ekoloji öhdəlikləri yerinə yetirmək üçün deyil, eyni zamanda ölkələrin qlobal səhnədəki mövqeyini nümayiş etdirmək baxımından da önəmlidir. Azərbaycan qlobal miqyasda müsbət və konstruktiv bir mövqe sərgiləyərək ekoloji məsuliyyətləri öhdəsinə götürməkdədir.

Ermənistanın isə bu tədbirdə  təmsil olunmaması onun beynəlxalq öhdəliklərə yanaşmasında ciddi problemlərin olduğunu göstərir. Bu fərqli yanaşmalar Azərbaycan və Ermənistanın ekoloji məsuliyyət və diplomatik mövqeləri arasındakı əsas müxrəliflikləri ortaya qoyur, regionda sabitlik və tərəqqi baxımından vacib nəticələr doğurur.

Bəs Ermənistan niyə bu mötəbər tədbirdə iştirak etmədi? 

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki,  Azərbaycanın ekoloji məsələlərdə mövqeyi onun davamlı inkişaf və regional əməkdaşlıq sahəsində ciddi irəliləyişlər nümayiş etdirdiyini göstərir: 

"Azərbaycan rəhbərliyi xüsusilə son illərdə, ətraf mühitin qorunması və iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində bir sıra mühüm addımlar atıb. Azərbaycan öz enerji sektorunu bərpa olunan enerji mənbələrinə yönəltməklə, karbon emissiyalarını azaltmağa yönəlmiş irimiqyaslı layihələr həyata keçirir. Bu strategiya Azərbaycanın gələcək inkişafının ekoloji baxımdan davamlı və təhlükəsiz olmasına xidmət edir. Ölkəmiz COP29-u təşkil edərək bir daha sübut edir ki, qlobal ekoloji məsuliyyətlərə ciddi yanaşır və davamlı inkişaf yolunda həm öz ölkəsi, həm də regional tərəfdaşları üçün əhəmiyyətli rol oynayır. Azərbaycan hökumətinin "yaşıl enerji" sahəsinə böyük sərmayə qoyması, həm də Xəzər dənizi hövzəsində geniş bərpa olunan enerji layihələri reallaşdırması onun iqlim dəyişikliyinə qarşı ciddi tədbirlər gördüyünü göstərir. Beləliklə, Azərbaycan, təkcə öz ərazisində deyil, eyni zamanda qonşu ölkələr üçün də nümunəvi rol oynayır. Azərbaycanın müsbət mövqeyi və iqlim dəyişikliyinə dair təşəbbüsləri təkcə daxili deyil, həm də beynəlxalq səviyyədə yüksək qiymətləndirilir".

Ceyhun Məmmədov: Azərbaycanın ekoloji təşəbbüslərə fəal şəkildə qoşulması müsbət haldır

Müsahibimiz qeyd edib ki, Ermənistanın COP29-da iştirak etməməsi onun məsuliyyətsiz yanaşmasını və iqlim dəyişikliyi mövzusunda passiv münasibətini göstərir:

"Belə bir qlobal tədbirdə iştirak etmək beynəlxalq birliyin üzvləri arasında həmrəylik göstərmək və müzakirələrə qatılmaq üçün əhəmiyyətlidir. Lakin Ermənistan rəhbərliyi bu imkandan istifadə etməyərək bir tərəfdən beynəlxalq səviyyədə zəruri məsuliyyətləri yerinə yetirmədiyini nümayiş etdirir, digər tərəfdən isə regionun problemlərinə laqeyd münasibət sərgiləyir. Ermənistanın bu tədbirdən uzaq durması onun beynəlxalq nüfuzuna mənfi təsir göstərir və ölkənin qlobal məsələlərə qarşı biganə yanaşmasını ortaya çıxarır. Ermənistanın regional əməkdaşlığa və qlobal məsuliyyətlərə passiv yanaşması onun regiondakı nüfuzunu zəiflədərək həm beynəlxalq, həm də yerli əhali qarşısında inamını sarsıdır. Beynəlxalq səviyyədə qəbul edilən öhdəliklərə məsuliyyətli yanaşmaq ölkələrin qlobal məsələlərdə nə dərəcədə etibarlı və nüfuzlu tərəfdaş olduğunu göstərir".

Onun sözlərinə görə,  Azərbaycanın ekoloji təşəbbüslərə fəal şəkildə qoşulması və bu sahədə sərmayə yatırması isə onun qlobal ekoloji məsələlərə daha geniş və məsuliyyətli yanaşdığını təsdiq edir. Siyasətçi diqqətə çatdırıb ki, bu, Azərbaycanın regional liderlik mövqeyini möhkəmləndirir və ona beynəlxalq aləmdə daha çox etimad qazandırır. Ermənistanın COP29-da iştirak etməməsi isə onun bu cür məsələlərə laqeyd yanaşdığını və qlobal ekoloji problemləri əhəmiyyətsiz hesab etdiyini göstərir.

Deputatın fikirləri və ümumi düşüncələrdən belə bir nəticəyə gəlmək olar ki,  Azərbaycanın COP29-u təşkil etməsi onun beynəlxalq arenada fəal və məsuliyyətli bir ölkə olduğunu göstərir. Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsində sərgilədiyi mövqe, təkcə ölkə daxilində deyil, həm də regional səviyyədə dayanıqlı inkişafın vacibliyini vurğulayır və bu sahədə lider rolunu təsdiq edir. Ermənistanın isə belə bir qlobal tədbirdə yüksək səviyyədə təmsil olunmaması onun beynəlxalq məsuliyyətlərə qarşı münasibətində ciddi problemlərin olduğunu göstərir və ölkənin beynəlxalq arenada mövqeyini zəiflədir.

Əli Hüseynov

Избранный
35
bakivaxti.az

1Источники