RU

Əradoğan COP29 çərçivəsində Tokayevlə görüşüb

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP29 çərçivəsindəQazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb.

Trend TürkiyəKİV-ə istinadən xəbər verir ki, görüşdə Türkiyə ilə Qazaxıstanarasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirəedilib.

Ərdoğan gələcəkdə atılacaq addımlarla Türkiyə ilə Qazaxıstanarasında müdafiə sənayesi, enerji, kənd təsərrüfatı, təhsil vəmədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsinihədəflədiklərini və iki ölkə arasındakı münasibətləri hər sahədəinkişaf etdirmək üçün işlərin davam edəcəyini bildirib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
53
7
az.trend.az

1Источники