RU

İrəvan Bakıda həbsdə olan erməni terrorçulardan imtina etdi

Ermənistan parlamentində Qarabağda həbs edilərək Bakıda həbsdə olan erməni terrorçularla bağlı bəyanat layihəsi müzakirə olunub.  

SeherXeber.org xəbər verir ki, məsələ parlamentdə müzakirə olunsa da, sənədə qəbul edilməyib. Belə ki, parlamentdə hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının üzvləri bəyanat layhəsini dəstəkləməyərək sənədə səs verməyiblər.

Terrorçuları dəstəkləyən sənədə ancaq müxalifətdən olan 30 deputat səs verib. Bununla da müxalifətin təklif etdiyi bəyanat layihəsi qəbul edilməyib.

Xatırladaq ki, deputatların ¼ hissəsinin tələbi ilə Milli Məclisdə Azərbaycanda həbsdə olan erməni terrorçuları ilə bağlı məsələ təcili müzakirəyə çıxarılıb.

Müxalifət COP29-dan istifadə edib beynəlxalq ictimaiyyətin diqqətini cəlb edərək Bakıda həbsdə olan cinayətkar separatçı və terrorçuların azad olunmasına çalışırdı. Lakin sonda ermənilərin özləri həmin terrorçuları dəstəkləməkdən imtina edib.

Mürtəza

SeherXeber.org

Избранный
62
16
seherxeber.org

10Источники