RU

ÜST direktoru: "Ehtiyatlı olmalıyıq"

Pandemiyaların və yeni virusların təkrarlanma ehtimalına dair təhlil və proqnozlar, gələcək illərdə böyük əhəmiyyət kəsb edir. Bu vəziyyətə qarşı müəyyən addımlar atılır. Bununla bağlı öncədən lazımi hazırlıq tədbirləri görsək və ehtiyatlı davranarsaq, belə hadisələrin təkrarlanmasının qarşısını almaq mümkündür.

Bu fikirləri COP29 çərçivəsində ölkəmizə gələn Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adhanom Qebreyesus jurnalistlərə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, gələcəkdə baş verə biləcək fövqəladə halların qarşısını almaq üçün daim nəzarət və hazırlıqlar görülməkdədir: “Təhlükələrin qarşısını almaq və onların təsirlərini minimuma endirmək üçün hazırlıqlı olmağımız vacibdir. Bununla yanaşı, hər birimiz öz məsuliyyətimizi dərk etməliyik”.

Избранный
25
5
sesqazeti.az

6Источники