RU

“Milliyə çağırılanda “zədəliyəm” deyir, 3 gün sonra klubunda oynayır”

style='margin-bottom:10px;'>

Fransa millisinin kapitanı Kilian Mbappenin yığmada oynamamaq istəməməsi ilə bağlı qalmaqal böyüyür.

QOL.az xəbər verir ki, bu dəfə fransalı jurnalist Daniel Riolo məsələ ilə bağlı danışarkən Mbappeni tənqid edib. O, "RMC Sport"a açıqlamasında qeyd edib ki, Mbappe milli komandaya bu münasibətini davam etdirsə, qarşıdakı toplanışlarda da yığmadan kənarda qalacaq:

"Yalnız bir səbəb var və mən 1000 faiz  əminəm ki, Deşam Mbappeni keçən dəfə baş verənlərə görə cəzalandırır. Mbappe "Zədələnmişəm, meydanda olmayacağam" deyir və üç gündən sonra klubunda oynayır. Deşam isə onu axmaq kimi göstərən bir şey söyləməli oldu. Nə avtoritet nöqteyi-nəzərindən, nə də sadəcə bir insan olaraq Deşam buna göz yuma bilməzdi. Ona görə də Mbappeni kənarda saxladı. Mbappenin haqlı və ya haqsız olması onun işidir, bundan dərs alacağına əmin deyiləm. Görək mart ayında nə olacaq. Vəziyyət yalnız pisləşə bilər. O dərəcədə ki, Kilian Mbappe Fransa millisinə Didye Deşam vəzifəsində olarkən qayıtmayacaq. Hər halda, o, indi millinin kapitanıdır, çünki qolundakı sarğı hələ çıxarılmayıb... Amma heç nə qalmaqalın böyüməsini istisna etmir".

Qeyd edək ki, Mbappe ilə millinin baş məşqçisi Didye Deşamın münasibətlərinin yaxşı olmadığı haqda xəbərlər yayılmaqdadır.

Fransa millisi Millətlər Liqasında noyabrın 14-də Parisdə İsraillə, 17-də isə Milanda İtaliya ilə qarşılaşacaq.

Избранный
52
teleqraf.com

1Источники