RU

COP29-da Çili, Meksika və Braziliyada iqlim fəaliyyəti liderliyinə dair təcrübələr PAYLAŞILDI

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 12-də Latın Amerikası Gəncləri üçün İqlim Təqaüdünün (LAYCS) üç alimi Çili, Meksika və Braziliyada iqlim fəaliyyəti liderliyinə dair təcrübələrini paylaşıblar.

Bizim.Media xəbər verir ki, sessiyada çıxış edən Mapuçe Huyliçe tayfasının nümayəndəsi (Çili) Antumalen Ayelen Antillanca Urrutia, "APOINME" qeyri-kommersiya təşkilatının və Jiripanko xalqının nümayəndəsi (Braziliya) Ervison Arauxo Silva və Meksikanın Oaxaka bölgəsindəki Santiago Matatlán kəndində yaşayan Zapotek mənşəlli nümayəndə Betzabeth Martinez Gutierrez öz yaşadıqları bölgələrdəki yerli icmaların üzləşdiyi ekoloji problemlərdən danışıblar.

Hazırda həmin yerli icmaların iqlim böhranı ilə üz-üzə olduğunu və bunun üçün mübarizə apardıqlarını qeyd ediblər.

Çıxışçılar göllərin qorunması, insanların sağ qalması, gələcək nəsillərin rifahının təmin edilməsi mövzularını əhatə edən təqdimatlarla çıxış ediblər.

Bizim.Media

Избранный
19
1
bizim.media

2Источники