RU

Beynəlxalq məhkəmə Azərbaycanın Ermənistana qarşı iddiasına mahiyyəti üzrə baxmağa qərar verdi

Bakı. Trend:

Beynəlxalq məhkəmə Ermənistan tərəfindən qaldırılmış etirazlarabaxmayaraq Azərbaycanın Ermənistana qarşı iddiasına, o cümlədən,minalarla bağlı faktlara mahiyyəti üzrə baxmağa qərar verib.

Trend xəbərverir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini ElnurMəmmədov "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Beynəlxalq Ədalət Məhkəməsi bu gün təsdiq edib ki, Azərbaycanınbeynəlxalq səviyyədə tanınmış ərazilərinin onilliklər boyu işğalızamanı etnik təmizləmə və digər irqi ayrı-seçkilik aktları iləbağlı Azərbaycanın Ermənistana qarşı iddiası davam etdiriləcək.

Məhkəmə həmçinin Ermənistanın mina və mina tələlərininyerləşdirilməsi praktikası ilə bağlı iddiaları Məhkəməninyurisdiksiyasından çıxarmaq cəhdini də rədd edib. Ermənistanın minakampaniyalarının qurbanları üçün ədaləti təmin etmək həyatiəhəmiyyət kəsb edir, bu say faciəvi şəkildə bu günə qədər artmaqdadavam edir", - o bildirib.

Избранный
35
25
az.trend.az

10Источники