RU

Mbappeyə nə olub?

Yaxınları Kilian Mbappenin psixoloji problemləri olduğunu təsdiqləyiblər.

İdman.biz xəbər verir ki, bu barədə Fransanın "L’Équipe" nəşri məlumat yayıb.

Məlumatda Mbappenin Fransa yığmasından kənarda qalmasının səbəbinin hazırlıqla bağlı olmadığı bildirilib. Kilianın artıq bir neçə aydır psixoloji problemdən əziyyət çəkdiyi və bu istiqamətdə mütəxəssislərlə işlədiyi vurğulanıb.

Kilianın 1 ay əvvəl Stokholmda istirahət zamanı zorlamada günahlandırılıb. Bundan sonra 25 yaşlı futbolçunun mental çətinlik yaşadığı deyilib.

Qeyd edək ki, Fransa yığmasının baş məşqçisi Didye Deşam Mbappe ilə danışıqdan sonra onu komandanın heyətinə dəvət etməyib. Bundan sonra ulduz futbolçunun davranışına görə millidən kənarda qalması xəbərləri yayılıb.

İdman.biz

Избранный
53
idman.biz

1Источники