Futbol üzrə Serbiya millisinin sabiq üzvü Adem Lyayiç özünü basketbolda da sınayacaq.
QOL.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi çıxış etdiyi “Novi Pazar”ın (Serbiya) basketbol komandasında oynayacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Adem Lyayiç “Fiorentina”, “Beşiktaş”, “Roma”, “Torino”, “Partizan”, “İnter” kimi klublarda çıxış edib. Serbiya millisində 47 oyuna çıxan futbolçu 9 qol vurub.