RU

Niderlandlı futbolçunu ağladan təhlükə

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq "Real Sosyedad"la (0:1) görüşün fasiləsində göz yaşlarını saxlaya bilməyib.

İdman.biz xəbər verir ki, buna səbəb onun yenidən ağır zədə alması təhlükəsi ilə üzləşməsidir.

Niderdanlı futbolçu birinci hissədə topuğuna və dizinə aldığı zədələr üzündən fasilədə əvəzlənib. O, sağ dizində ağrılar hiss etdiyindən məşqçi heyəti riskə getməyib.

Qeyd edək ki, De Yonq Niderland yığmasının heyətində yollanıb və onun Millətlər Liqasında oynaması gözlənilir.

İdman.biz

Избранный
58
idman.biz

1Источники