RU

Bear Salomon: “Azərbaycan məni valeh etdi” – ÖZƏL

COP29 konfransına görə Azərbaycana gələn əcnəbilər arasında Sakit okean adalarından gələnlərin çoxluğu diqqət cəlb edir. Onlar öz ölkələrini təmsil edən milli geyimləri ilə konfransa xüsusi rəng qatırlar.

Belə əcnəbilərdən biri də Marşal adalarından olan siyasətçi Bear Salomondur.

O, Bizim.Media-ya açıqlamasında Azərbaycanla bağlı təəssüratlarını bölüşüb.

"İlk dəfədir Azərbaycana gəlirəm. Buranın çox nadir arxitekturası var. Əsasən də xalçalarınızı çox bəyəndim. Bu ölkə məni valeh etdi. Hətta istəyirəm ki, tez bir zamanda şəhəri tam gəzməyə vaxt tapım. Konfrans bitəndən sonra da bu ölkəni kəşf etmək üçün bir neçə gün qalmaq istəyirəm. Konfransdan gözləntilərim çoxdur. Əsasən də ada ölkələrinə töhfələrin veriləcəyinə ümid edirəm".

Nuray, Bizim.Media

Избранный
79
45
bizim.media

10Источники