RU

Bu iki ölkə arasında münasibətlər ən yüksək səviyyəyə çatdı- Rəsmi

Çin ilə Rusiya daim siyasi və strateji qarşılıqlı etimadı gücləndirir. Əminliklə deyə bilərik ki, hazırda iki ölkə arasında münasibətlər tarixdə görünməmiş ən yüksək səviyyəsinə çatıb.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Çinin Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi-hüquqi komissiyasının rəhbəri Çen Vençinq Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə səsləndirib.

Çin-Rusiya məsləhətləşmələrinin 9-cu iclasında əməkdaşlığın digər aspektlərinə toxunan Ç.Vençinq deyib: “Çin Xalq Respublikasının sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin strateji planlaşdırma və mühüm razılaşmaları əsasında Çin-Rusiya münasibətləri tarixin ən yüksək səviyyəsinə – yeni dövrdə hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq münasibətlərinə çatıb”, – Çen Vençinq bildirib.

O əlavə edib ki, iki ölkə hər zaman qarşılıqlı hörmət, bərabərhüquqlu rəftar və əməkdaşlığa riayət edir, siyasi və strateji qarşılıqlı etimadı daim gücləndirir, əsas maraqların qorunmasında bir-birini qətiyyətlə dəstəkləyirlər.


Müəllif: Teleqraf.com
Избранный
45
teleqraf.com

1Источники