RU

“McDonald`s”da “Halloween” bayramında uşaqların üzünə çəkilən boya müzakirələrə səbəb oldu: “Allergik kontakt dermatiti yarada bilər”

Bakıda fəaliyyət göstərən “McDonald`s” restoranlar şəbəkəsində keçirilən “Halloween” bayramında uşaqların üzünə vurulan  bəzəklərin üz boyası ilə deyil, rəsm boyası ilə çəkildiyi iddia olunur. Valideynlər bu cür boyaların uşaqların dərisinə ziyan verməsindən narahatdırlar.

NOCOMMENT.az xəbər verir ki, tanınmış dermatoloq Şövqü Salahov Pravda.az-a açıqlamasında deyib ki, uşaq dərisi daha həssas olduğu üçün bu cür boyalar allergik kontakt dermatiti yarada bilər.

Dermatoloq

“Bu zaman dəridə qaşınma, qabıqlanma, göynəmə və sairə kimi əlamətlər üzə çıxar. Ola bilər ki, boyanı təmizlədikdən sonra bu əlamətlər keçsin, yaxud da təkrarlasın. Yəni “bir dəfə boya ilə üzə nəsə yazmaqla heçnə olmaz” demek yanlışdır, çünki qalıcı dəri xəstəliyinə səbəb ola bilər. Bu səbəbdən də üz dərisinə kor-koranə nəsə istifadə etməkdən çəkinmək lazımdır”, — həkim bildirib.

 

Избранный
37
1
nocomment.az

2Источники