RU

Zalujnı: "Gələcək prezidentimiz Britaniyaya təhsil almağa göndəriləcək"

Kiyev Britaniya hakimiyyəti ilə Ukraynada təhsili inkişaf etdirmək və dövlət qulluqçuları sinfini formalaşdırmaq üçün bu ölkədə ildə bir neçə min ukraynalı tələbənin hazırlanması imkanını müzakirə edir. Xarici KİV-in yaydığı məlumata görə, bunu Ukraynanın Londondakı səfiri Valeri Zalujnı deyib.

“Biz demək olar ki, Britaniya rəhbərliyini inandıra bilmişik ki, onların sərmayəsinə ən çox zəmanət verən, investisiyaların qorunub saxlanmasını qaranti edən bizim təhsilimiz olacaq!”, - o qeyd edib.

Zalujnı fikrini belə dəqiqləşdirib ki, söhbət Britaniyanın gələcək nazirlərin, baş nazirlərin, qubernatorların, hətta gələcək prezidentin ərsəyə gətirilməsi çərçivəsində təhsilin hazırlanması və təmin edilməsindən gedir.

Tural

Избранный
34
news365.az

1Источники