RU

"Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi COP29-da suvarma və içməli su təchizatına dair yan tədbir keçirib (FOTO)

Bakı. Trend:

2024-cü il noyabrın 12-də COP29 çərçivəsində Yaşıl Zonadayerləşən Milli QHT Forumu Pavilyonunda "Ümid" Sosial İnkişafaDəstək İctimai Birliyi "Suvarma və içməli su təchizatı üçün icmasəviyyəli həll variantları" mövzusunda panel müzakirəsi təşkiledib.

Trend xəbərverir kiədbirdə QHT nümayəndələri, ekspertlər və icma üzvləriiştirak edib.

Panel müzakirəsi zamanı su qıtlığı ilə bağlı problemlərin həllivə qarşısının alınması yolları müzakirə edilib.
İştirakçılar su resurslarının qənaətli və təhlükəsiz istifadəsi, sumənbələrinin dayanıqlılığı üçün tətbiq edilən strategiyalar barədəfikirlər bildiriblər.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
52
8
az.trend.az

10Источники