RU

“RUSİYADAKI SİYASİ SİSTEM ÇÖKƏ BİLƏR” – Zyuqanov Putinə Qorbaçovun aqibətini xatırladıb

Uzun illərdir Rusiyada “cib müxalifəti” rolu oynayan Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Gennadi Zyuqanov Dövlət Dumasının plenar iclasında gözlənilməz çıxış edib.

“AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, Zyuqanov Rusiya siyasi sisteminin ciddi təhlükə altında olduğunu söyləyib.

Kommunistlərin lideri deyib ki, Rusiyanın siyasi sistemi qeyri-sabitdir və çökə bilər. Çünki vətəndaşlar seçkilərə getmirlər və partiyalardan narazıdırlar: “Siyasi sistemə gəlincə... Deməliyəm ki, burada qeyri-sabitlikdir. Hesab edirəm ki, ölkəmizdə siyasi sistemlə məşğul olanlar risk altındadır. Allah eləməsin, birinci, ikinci, üçüncü (hadisə) olsa, hər şey yıxıla bilər”.

Zyuqanov xatırladıb ki, Rusiya vətəndaşları qısa bir zamanda sovet və rus siyasətçilərinə münasibətini kəskin dəyişib. Kommunist Partiyası lideri Vladimir Putinə eyham vurarq, Mixail Qorbaçovun aqibətini xatırladıb. O deyib ki, müəyyən məqamda SSRİ Prezidenti Mixail Qorbaçovun reytinqi 95% olub, sonra isə “o, heç yarım faiz də almadı”.

Zyuqanov deyib ki, eynilə ruslar Rusiya Prezidenti Boris Yeltsindən də qısa müddətdə üz döndəriblər. “Hamı onun üçün qışqırdı, yürüş etdi, amma indi heç kim ona səs verdiyini belə etiraf etmir”.

“AzPolitika.info”

Избранный
40
1
azpolitika.info

2Источники