RU

COP for Hope: İqlim böhranına qarşı dünya birlikdə mübarizə aparmalıdır - Tonqalı baş icraçı direktor

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz Tonqa Kənd Təsərrüfatı, Qida vəMeşə Nazirliyində baş icraçı direktor Viliami ToaleiManudur.

O, Trend-ə açıqlamasındabildirib ki, maliyyə xeyriyyə deyil, amma qlobal birinvestisiyadır.

"Artan karbon problemi fonunda 1,5 öhdəliyini qorumağaçalışırıq".

O, hazırda dünyanın bir çox nöqtəsində ekoloji fəlakətlərin başverdiyini xatırladıb:

"Məsələn, hazırda İspaniyada sel daşqınlarından minlərlə insanəziyyət çəkir. Bundan başqa, Avstraliyada meşə yanğınlarını qeydedə bilərəm. Bu, onu göstərir ki, iqlim dəyişikliyi və ekolojiproblemlərə həm də inkişaf etmiş ölkələr məruz qalırlar. Bunun üçünbütün səyləri birlikdə səfərbər etməliyik".

"Dünyanın bizim hissəsində siklon tropik dövrü var. Hər 4 ildənbir hərarət daha da yüksəlir, quraqlıq hər 20 ildən bir daha dagenişlənir, çaylarda sululuq artır. Bütün bu iqlim böhranına qarşıdünya birlikdə mübarizə aparmalıdır", - o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
47
5
az.trend.az

3Источники