RU

AÇ: U-17 meydan sahiblərinə qarşı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək.

Fanat.Az xəbər verir ki, 6-cı qrupda yer alan yığma Macarıstanla üz-üzə gələcək.

Rumıniyanın Tunari şəhərindəki eyniadlı stadionda təşkil olunacaq qarşılaşmanı moldovalı referi Yon Orlik idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, U-17 Macarıstandan başqa, noyabrın 16-da Yunanıstan və 19-da Rumıniya yığması ilə qarşılaşacaq. Qrupun bütün oyunları Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq.

Avropa çempionatı, seçmə mərhələ
6-cı qrup
13 noyabr

14:00. Macarıstan - Azərbaycan
Hakimlər: Yon Orlik, Vadim Vikol (hər ikisi Moldova), Adrian Vorniku, Vlad Baban (hər ikisi Rumıniya).
Tunari, "Tunari" stadionu.

Избранный
32
1
fanat.az

2Источники