RU

Azərbaycan Ermənistanın məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirəcək - XİN

Bakı. Trend:

Azərbaycan tərəfi yalnız Beynəlxalq Ədalət Məhkəməsiçərçivəsində deyil, eyni zamanda, arbitraj prosesləri çərçivəsindədə Ermənistanın müvafiq qaydada məsuliyyətə cəlb edilməsiistiqamətində səylərini davam etdirəcək.

Trend-in məlumatına görə,bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətiidarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasındabildirib.

O bildirib ki, bu, davamlı prosesdir, təqribən 2-3 il ərzindədavam edəcək, konkret tarix demək çətindir.

Qeyd edək ki, XİN-dən bildirilib ki, Azərbaycan İrqiAyrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqındaBeynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş üzrə Azərbaycan vəErmənistan tərəfindən qaldırılan ilkin etirazlara dair BeynəlxalqƏdalət Məhkəməsinin 12 noyabr 2024-cü il tarixli qərarlarını qeydəalıb.

Beynəlxalq Ədalət Məhkəməsi azərbaycanlılara qarşı törədilənkütləvi insan hüquqları pozuntuları ilə əlaqədar AzərbaycanınErmənistana qarşı davam edən beynəlxalq hüquqi iddiaları üzrə qərarqəbul edib.

Azərbaycan onilliklər ərzində bir milyondan çox azərbaycanlıyaqarşı sistemli şəkildə etnik təmizləmə həyata keçirdiyinə görəErmənistanı məsuliyyətə cəlb etmək istiqamətində fəaliyyətgöstərib. Beləliklə, bu səylər nəticəsiz qalmayıb: Ermənistanınonilliklər boyunca Azərbaycanın beynəlxalq səviyyədə tanınmışərazisini işğalda saxladığı müddətdə həyata keçirdiyi etniktəmizləmə və digər qeyri-qanuni əməllər bundan sonra Məhkəmətərəfindən mahiyyəti üzrə ətraflı şəkildə araşdırılacaq.

Избранный
23
5
az.trend.az

6Источники