RU

"İlin sonuna yaxın ola bilsin ki, müəyyən qüvvələr təxribat törətsin"- İlham İsmayıl

"İlin sonuna yaxın ola bilsin ki, müəyyən qüvvələr məhz sülh müqaviləsinin imzalanmaması üçün müəyyən təxribatlar törətsinlər"

 Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bunu News365.az-a deyib. 

"Bu il ərzində sərhəddə ciddi narahatçılıq yaranmayıb. Faktiki olaraq qarşıdurma yaranmayıb. Bəlkə də bir neçə dəqiqəlik atəşkəs pozulubsa, bu böyük təxribat hesab edilməyib. Hesab edirəm ki, COP29 günlərində də, COP29 sonra da olmayacaq, amma ilin sonuna yaxın ola bilsin ki, müəyyən qüvvələr məhz sülh müqaviləsinin imzalanmaması üçün müəyyən təxribatlar törətsinlər, amma o təxribatlar da geniş miqyaslı olası deyil. Artıq sərhədlər müəyyəndi və biz sərhəddimizdə dayanmışıq. Ermənistan Azərbaycana hücum etmək iqtidarında deyil. Bizə təxribat törədənlərin hədəflərini vura bilərik, amma genişmiqyaslı təxribat gözlənilmir. 

Trampı sehirli çubuq kimi görürlər. Yəni ki, Ukraynada müharibəni dayandıracaq, Güney Qafqazda da nələrsə edəcək. Mən hesab edirəm ki, Trampda müəyyən məsələləri həll etmək ona müəyyən zaman lazımdır. 

Избранный
12
news365.az

1Источники