Hurriyyet.az saytında dərc olunan ““Gözdən əlil olan şikayətçi illədir ev növbəsindədir, amma... – “Mənə deyirlər ki, 1 otaqlı ev yoxdur”” sərlövhəli yazıya Sosial Xidmətlər Agentliyi tərəfindən reaksiya verilib.
Qurumun saytımıza verdiyi açıqlamasını olduğu kimi dərc edirik:
“Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli sərəncamı ilə həmin tarixə kimi Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərlərində uçota alınmış, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan gözdən əlilliyi olan şəxslərin mənzillə təminatı həyata keçirilir.
Sözügedən vətəndaşın sənədlərinə Sosial Xidmətlər Agentliyində baxılıb. Onun mənzillə təminatı növbəlilik qaydasında aparılacaq. “
Xatırladaq ki, Rəhmanova Sehranə Məsim qızı həmin yazıda 1-ci qru gözdən əlil olduğunu və illərdi ev növbəsində olduğunu bildirmişdi.
Aynurə İSMAYIL
Hurriyyet.az