“Afrika ölkələrinin Rusiyaya olan borclarını inkişaf layihələrinə yönəltmək üçün maliyyə proqramı həyata keçirilir”.
Editor.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini və Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov Rusiya-Afrika Nazirlər Konfransından sonra Rusiya mətbuatına açıqlamasında deyib.
“Təxminən 20 milyard dollarlıq borc silinib. Hazırda borcları inkişaf layihələrinə yönləndirmək üçün yenidən maliyyələşdirmə proqramımız var”, – o deyib. Rusiyalı diplomat qeyd edib ki, bu cür borclar birbaşa bu ölkədə sosial-iqtisadi layihələrin həyata keçirilməsi üçün istifadə olunub.
Rusiya xarici işlər nazirinin müavini Boqdanov bildirib ki, Qərbin təbii ki, həmişə olduğu kimi Afrika ölkələrinə Rusiyadakı konfransa getməmələri üçün təzyiq edir, ancaq bu ölkələr indi buna daha az diqqət yetirirlər. Afrika ölkələrinin “bu təzyiqin onların milli maraqlarına zidd olduğunu” bildiyini qeyd edən rusiyalı diplomat bu məsələ ilə bağlı belə şərh verib: Nəticə onların milli maraqlarına xələl gətirəcəksə, bu təzyiqlərə niyə boyun əysinlər? Onların da bundan xəbəri var.
//Gülnarə Abasova, Editor.az