Qəzza zolağında 5 yaşa qədər hər 10 uşaqdan ən azı 9-u bir və ya bir neçə yoluxucu xəstəlikdən əziyyət çəkir. Bu barədə BMT-nin İşğal olunmuş Fələstin Ərazilərindəki Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.
“Qəzzada sağlamlıq vəziyyəti pisləşməkdə davam edir, 5 yaşa qədər hər 10 uşaqdan 9-u bir və ya daha çox yoluxucu xəstəlikdən əziyyət çəkir”, - deyə hesabatda bildirilir.
Sənəddə həmçinin Qəzza zolağında qadınların 25%-nin dəri xəstəlikləri və digər sağlamlıq problemlərindən əziyyət çəkdiyi bildirilir.
Oxuməni.az