RU

Hindistan “Akash” ZRK-lərin ilk batareyasını Ermənistana göndərib

Hindistan istehsalı olan “Akash” zenit-raket komplekslərinin (ZRK) ilk batareyası xarici sifarişçiyə göndərilib.

“Poliqon” “Bharat Electronics Limited” (BEL) şirkətinə istinadən xəbər verir ki, adı açıqlanmayan xarici dost ölkəyə “Akash” ZRK-lərin tədarükü Hindistanın müdafiə ixracatında əhəmiyyətli bir addımdır və ölkənin müdafiə texnologiyası, o cümlədən onların istehsalı sahəsində artan imkanlarını əks etdirir.

Sözügedən tədarükə “Akash”larla yanaşı, C4I sistemləri, yer dəstək avadanlığı, müşahidə və raket izləmə radarları da daxildir.

Qeyd edək ki, “Akash”ların istehsalçısı Hindistanın “Bharat Dynamics Limited” (BDL) şirkətidir və “Bharat Electronics Limited” bu ZRK-lər üçün radar, yer dəstək avadanlığı, C4I və digər elektron sistemləri təmin edir.

Məlumatda “Akash” ZRK-lərin hansı ölkəyə tədarük edildiyi bildiriliməsə də, bu ölkənin Ermənistan olduğu təxmin edilir. Çünki 2023-cü ilin sonlarında Hindistan istehsalı olan silah sistemlərinin ən böyük idxalçısına çevrilən Ermənistanın bu ölkədən “Akash” zenit-raket kompleksləri almasına dair məlumat ortaya çıxdı. Həmin vaxt Ermənistan və Hindistan tərəfləri bunu rəsmi olaraq təsdiqləməsə də, “ICICI Securities” sənədləri “Akash” ZRK-nin tədarükü ilə bağlı sifarişin artıq verildiyini göstərirdi.

Hindistanın “ICICI Securities” qiymətli kağızlar bülletenində “Akash” ZRK-lərin istehsalını həyata keçirən yerli “Bharat Dynamics Limited” şirkətinin sifariş kitabçası haqqında məlumatlar verilərək qeyd olunmuşdu ki, BDL rəhbərliyi 2027-ci ilə qədər ixracdan əldə ediləcək gəlirin 25 faiz olmasını və “Akash” ZRK-lər, yüngül torpedalar, SAAW ağıllı aviasiya raketləri, “Konkurs” tank əleyhinə idarəolunan raketlər, habelə CMDS raket əleyhinə lazer sistemi və “hava-hava” tipli “Astra” raketləri üçün əlavə sifarişlərin olmasını gözləyir. Sənəddə “əlavə sifarişlər gözlənilir” ifadəsi Hindistanın BDL şirkətinin artıq “Akash” ZRK-lər üçün ixrac sifarişləri aldığını göstərirdi.

Belə ki, Ermənistan 2022-ci ilin oktyabr ayından Hindistanın “Akash” ZRK-ləri ilə maraqlanır. 2023 ilin avqust ayında Ermənistan, Hindistan və digər xarici KİV-lərdə rəsmi İrəvanın Nyu-Dehli ilə “Akash-1S”lərın tədarükünə dair müqavilə imzalandığı xəbərləri dərc olunmuş və bu xəbərlərdə “Akash-1S” ZRK-lərin 2025-ci ildən etibarən Ermənistana təhvil veriləcəyi bildirilmişdi. Ancaq həmin vaxt bu iddia hər iki ölkənin rəsmi dairələri tərəfindən təsdiqlənməmişdi. Bütün bunlara baxmayaraq, Ermənistan-Hindistan əlaqələri və daha sonra yayımlanan “ICICI Securities” sənədləri “Akash” zenit-raket komplekslərinin rəsmi İrəvana satıldığını sübut edir.

Bu ilin iyun ayında yayılan xəbərlərə görə, “Akash” ZRK-nin “Akash-1S” versiyasını satın alan Ermənistan hazırda onun “Akash-NG” (Next Generation) versiyası də maraqlanır və onun qiymətləndirilməsini həyata keçirir.

Избранный
4
1
poliqon.az

2Источники