RU

Qaydaları pozan 9 piyada öldü

Piyada təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən profilaktiki tədbirlərin intensivliyinə baxmayaraq, təəssüf ki, yol hərəkətinin ən müdafiəsiz iştirakçıları arasında problemə yanaşma birmənalı deyil.

Bu barədə Publikaş.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Cari ilin 10 ayı ərzində yol hərəkəti qaydalarının piyadalar tərəfindən pozulması nəticəsində qeydə alınan 23 yol qəzasında 9 nəfərin həyatını itirməsi, 15 nəfərin xəsarət alması deyilənləri təsdiq edir.

Dəfələrlə media subyektlərində, sosial şəbəkələrdə piyada məsuliyyətsizliyinin real görüntülərlə işıqlandırılmasına, rəsmi xəbərdarlıqların edilməsinə, maarifləndirmə tədbirlərinin aparılmasına baxmayaraq, hələ də piyadalar arasında təhlükəsizlik kimi həyat əhəmiyyətli məsələyə biganə yanaşanlara rast gəlirik ki, bu da onları yol qəzalarının qurbanına çevrir.

Избранный
4
1
publika.az

3Источники