RU

Millimizin rəqibinin düşərgəsində qalmaqal: “Mən ona mesaj göndərdim”

“Mən onunla əlaqə saxlamaq üçün dəfələrlə cəhd etdim. Amma heç cür alınmadı”.

İdman.biz xəbər verir ki, bunu İsveç millisinin baş məşqçisi Yon-Dal Tomasson deyib.

O, Millətlər Liqasının noyabrın 16-da Slovakiya, 19-da Azərbaycana qarşı keçiriləcək oyunları ərəfəsində “Nottingem Forest"in futbolçusu Entoni Elanqa ilə aralarında yaranan narazılıq barədə danışıb: “Mən ona mesaj göndərdim. Ümid edirəm ki, biz yaxınlarda danışacağıq. Bəlkə də o, çox məşğuldur. Amma əminliklə deyə bilmərəm”.

Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi Millətlər Liqasının əvvəlki oyunlarından sonra baş məşqçidən narazı qalıb. O, sentyabrdakı iki görüşdə 45 dəqiqə şans qazansa da, oktyabr görüşlərini ehtiyat oyunçular skamyasından izləyib. Sonra komanda ilə şam yeməyinə qatılmayan futbolçu yığmanın düşərgəsini tərk edərək İngiltərəyə uçub. Tomasson onu qarşıdakı matçlar üçün ilkin heyətə daxil etsə də, futbolçu ilə əlaqə saxlaya bilmədiyi üçün siyahıdan çıxarıb.

İdman.biz

Избранный
80
1
idman.biz

2Источники