RU

ABŞ Haitiyə uçuşları 30 gün müddətinə dayandırıb

ABŞ

ABŞ Haitiyə uçan təyyarənin hücuma məruz qalmasından sonra uçuşların 30 gün müddətinə dayandırıldığını açıqlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin “sondakika.com.tr” saytı məlumat paylaşıb.

Bildirək ki, bazar ertəsi Haitinin paytaxtı Port-o-Prinsə eniş etmək üzrə olan ABŞ-nin Spirit Hava Yollarına məxsus sərnişin təyyarəsi hücuma məruz qalıb. Təyyarədə olan sərnişinlərdən xəsarət alan olmasa da, bir kabin heyəti üzvünün yüngül xəsarət aldığı bildirilib. ABŞ mülki aviasiyasının Port-o-Prins hava limanına uçuşlarını 30 gün müddətinə dayandırıb.

ABŞ-nin Haitidəki səfirliyi ABŞ vətəndaşlarına Haitiyə getməmək çağırışını təkrarlayıb və əgər getmək məcburiyyətində qalarlarsa diqqət çəkməmələri barədə xəbərdarlıq edib.

Избранный
14
xalqcebhesi.az

1Источники