RU

Komitə sədri Bakının Baş planından danışdı

"Bildiyiniz kimi, Bakı şəhərinin Baş Planı ötən il təsdiqlənib. 2040-cı ilə qədər şəhərin inkişaf planıdır. Artıq ilin əvvəlindən baş planda nəzərdə tutulan transformasiya layihələri icra edilir".

Oxu24.com  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

"Bunu şəhərin küçələrində də hiss edirik. İctimai nəqliyyatın təşkili, piyadalar üçün daha rahat mühitin yaradılması və başqa məsələlər nəzərdə tutulub. Bunların hər biri ardıcıl həyata keçiriləcək. Aidiyyəti qurumlarla sıx əməkdaşlıq təşkil edirik", - deyə komitə sədri bildirib.

Избранный
10
4
oxu24.com

5Источники