RU

ABŞ nüvə enerjisi gücünü 3 dəfə artıracaq

ABŞ 2050-ci ilə qədər mövcud nüvə enerjisi gücünü ən azı üç dəfə artırmaqla, 200 gigavatlıq yeni güc yaratmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin yaydığı açıqalamada deyilir.

Məlumatda ölkənin elektrik enerjisinin təxminən 20 faizinin və karbonsuz enerjinin yarısının nüvə enerjisi hesabına təmin edildiyi, habelə nüvə enerjisi və milli təhlükəsizliyi gücləndirmək, enerji etibarlılığı və dayanıqlığı artırmaq ifadə olunur.

Ağ Evin açıqlamasında, həmçinin yeni nüvə stansiyalarının inşası, mövcud reaktorların gücünün artırılması və iqtisadi səbəblərdən bağlanan reaktorların yenidən işə salınmasına təkrar baxılacağı da bildirilib.

Qısamüddətli hədəflərin də yer aldığı açıqlamada 2035-ci ilə qədər 35 gigavatlıq yeni gücün istifadəyə verilməsinin nəzərdə tutulduğu vurğulanıb.


Müəllif: Teleqraf.com
Избранный
35
teleqraf.com

1Источники