“Santos”un prezidenti Marselo Teyşeyra hücumçu Neymarın Braziliya klubuna mümkün qayıdışı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Sportinfo.az “A Bola”-ya istinadən xəbər verir ki, klub rəhbəri hələ ki, Neymarın gəlişinin vaxtının çatmadığını deyib:
“Dedim və təkrar edirəm: olmayan yerdə spekulyasiya yaratmayın. Bizim yolumuz aydın və obyektivdir.
Neymarın atası və onun nümayəndələri yaxşı bilirlər, məni tanıyırlar, “Santos”u tanıyırlar.
Bunun hələ vaxtı deyil. Biz gözləmək məcburiyyətində qalacağıq”.
Neymar 2013-cü ilin yayında “Santos”u tərk etmişdi. Daha sonra braziliyalı forvard “Barselona”ya keçib.
Neymar tarixin ən bahalı futbolçusu olaraq qalır – 2017-ci ildə PSJ onun transferi üçün “Barsa”ya 222 milyon avro ödəyib.
Braziliyalı futbolçu hazırda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edir.