RU

ABŞ-ın İsrailə verdiyi müddət bitdi: Qəzzaya yardımlar artmaq əvəzinə azaldı


7NEWS.az xəbər verir ki, ABŞ-ın Qəzzaya yardımı artırmaq üçün İsrailə verdiyi ultimatumun müddəti başa çatıb. 30 günlük müddət başa çatdıqdan sonra ABŞ Dövlət Departamenti İsrailin humanitar yardımın çatdırılması və əldə edilməsi ilə bağlı ABŞ qanunlarını pozmadığını və buna görə də İsrailə silah göndərilməsinə məhdudiyyət qoyulmayacağını açıqlayıb. ABŞ qanunları hərbi yardım alan ölkələrdən beynəlxalq humanitar hüquqa riayət etmələrini və mülki şəxslərə humanitar yardımın göstərilməsinə mane olmamasını tələb edir.
Избранный
29
7news.az

1Источники