RU

Qırğızıstan səfiri: Azərbaycan tərəfindən COP29-un keçirilməsi böyük tərifə layiqdir

“Mən ilk dəfədir belə COP tədbirindəyəm. Mən taleyimə çox minnətdaram ki, mənim COP-da ilk iştirakım məhz Azərbaycanda baş verir. Bu, qlobal səviyyəli bir tədbirdir. Birincisi, bu, Azərbaycana, bütün qardaş ölkələrə, ilk növbədə, türkdilli dövlətlərimizə həddən artıq imkanlar verir. Biz qarşımıza qoyduğumuz məqsədlərə çatmağı gözləyirik”.

Bu barədə AZƏRTAC-a müsahibəsində Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov COP29 çərçivəsində deyib. Diplomatın sözlərinə görə, əsas məsələ burada qaldırılan qlobal mövzulardır. Qeyd olunub ki, Azərbaycanın bu prosesə başçılıq etməsi böyük tərifəlayiqdir.

“Qırğızıstanda iqlim dəyişikliyi ilə bağlı əsas problem buzlaqlarımızın sürətli əriməsidir ki, bu da su ehtiyatlarının tükənməsinə və su axınının azalmasına səbəb olur. Bu, bizim hidroenergetika potensialımızın və su imkanlarından istifadənin azalmasına, kənd yerlərində yaşayan əhaliyə təsir edən təbii fəsadlara gətirib çıxarır. Buna görə də bu gün COP29 çərçivəsində ən mühüm vəzifə Prezidentimiz Sadır Japarovun başçılıq etdiyi Qırğızıstan nümayəndə heyətinin bu gün böyük tribunadan səsləndirdiyi təşəbbüsü qaldırmaqdır. Bu, bu gün qlobal səviyyədə artıq aşkar olan problemləri müzakirə etmək üçün ölkələr arasında dialoq təşkil etməkdir”, - deyə səfir bildirib.

Избранный
58
yeniazerbaycan.com

1Источники