RU

Rusiyada hərbçinin olduğu avtomobil partladıldı, kapitan öldü  

Sevastopolda hərbçinin olduğu avtomobil partladılıb və o, ölüb. Ehtimal olunur ki, partlayıcı qurğu sürücü tərəfində olub.

Musavat.com xəbər verir ki, bu barədə RT yazır.

Sevastopol qubernatoru Mixail Razvozhayev avtomobilin partlaması nəticəsində ölən şəxsin hərbçi olduğunu təsdiqləyib. Onun sözlərinə görə, partlayışın səbəbləri müəyyən ediləcək, lakin təxribat ehtimalını istisna etmək olmaz.

Daha əvvəl TG kanalları yazıb ki, avtomobilə dəyən zərərin xüsusiyyətlərinə görə, Sevastopolda avtomobilin partlamasına səbəb kabinənin içərisində sürücü oturacağının altına yerləşdirilmiş əldəqayırma partlayıcı qurğu olub.

Mash-ın məlumatına görə, partlayışın qurbanı - 40-45 yaşlı kişi avtomobildən çıxarılan zaman ağır vəziyyətdə olub. Onun ayaqları qismən travmatik amputasiyası edilib. Zərərçəkmiş aldığı xəsarətlərdən dünyasını dəyişib. Baza kanalının məlumatına görə, mərhum Qara dəniz donanmasının birinci dərəcəli kapitanıdır.

 

Şahanə Rəhimli
Musavat.com

Избранный
28
musavat.com

1Источники