RU

“Troyka”nın rəhbərliyi altında davamlı gələcəyə yol aça bilərik - Yalçın Rəfiyev

"Tryoka"nın rəhbərliyi altında biz hər kəs üçün davamlı, bərabər və qorunan bir gələcək üçün yol aça bilərik.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini və COP29-un baş müzakirəçisi Yalçın Rəfiyev COP29 çərçivəsində keçirilən "COP sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz" adlı tədbirdə çıxışı zamanı bildirib.

"İl Kopenhagendəki iqlim nazirlərinin görüşündə "Tryoka"nın baxışı və yanaşmasının rəsmi təqdimatı ilə başladı. İqlim fəaliyyətinin bütün aspektlərini, xüsusən də iqlim dəyişikliyinin azaldılması, ədalətli keçid, uyğunlaşma, meşə təsərrüfatı problemləri və iqlim maliyyələşdirilməsi məsələlərini əhatə edərək, bütün maraqlı tərəfləri inklüziv şəkildə inandıra bildik", - deyə o bildirib.

Onun sözlərinə görə, ümumilikdə "Troyka" qlobal iqlim gündəlikləri arasında sinerji yaratmağa davam edib, həm ambisiyaları, həm də maliyyə mexanizmlərinin həyata keçirilməsindəki kritik çətinlikləri aşaraq, inkişaf etməkdə olan ölkələrin iqlim davamlılığını gücləndirib.

"Yol aydın olsa da, çətinliklərdən azad deyil. Biz ambisiyalarımızı əməllərə çevirməliyik və öhdəliklərimizi real nailiyyətlərə çevirməliyik. Mən əminəm ki, "Troyka" rəhbərliyində biz hər kəs üçün davamlı, bərabər və qorunan bir gələcək üçün yol aça bilərik. "Troyka" üzvləri qlobal iqlim maliyyələşdirilməsi və şəffaflığı ön planda tutan əsas təşəbbüsləri dəstəkləmək üçün birləşə bilərlər", - Y.Rəfiyev əlavə edib.

Qeyd edək ki, "Troyka" ölkələrinə Birləşmiş Ərəb Əmirlikləri (COP28), Azərbaycan Respublikası (COP29) və Braziliya (COP30) daxildir.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
37
1
olaylar.az

2Источники