RU

Həyat yoldaşı "Toppuş bacı"dan qalan əşyaları paylaşdı

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal ondan qalan əşyaların fotosunu paylaşıb.
 
Publika.az xəbər verir ki, o, aktrisanın pulqabısından çıxan əşyaları paylaşaraq bunları yazıb:
 
"Tünzalənin bəzi əşyaları var ki, hələ də cəsarət etmirəm toxunmağa. Pulqabısını bu gün açdım, içindən evin açarı və 1 manat çıxdı. Bir anlıq düşündüm ki, səhər qapını bağlayıb işə gedirik, axşam gəlib təkrar açacayıq. Nə bilim, vaxt dolana qədər hərəmiz bir təhər yaşamağa çalışırıq. Çox darıxıram yoldaşım üçün, bir yandan da günlər elə tez keçir ki... Sanki ona qovuşacağım günlər daha sürətlə gəlir".
 
Qeyd edək ki, "Toppuş ləqəbli" aktrisa uzun sürən xərçəng xəstəliyindən vəfat edib. Onun Zəhra adlı bir qız övladı var.
 
Избранный
24
10
moderator.az

9Источники