RU

"COP29-a qatılmamağınız ikiüzlülüyünüzün göstəricisidir" - HULUSİ KILIÇ DANIŞDI

“Can Azərbaycanda təşkil edilən COP29-a qatılmayan Qərb ölkələrinə Prezident İlham Əliyev şillə kimi cavab verdi. COP29-da 196 ölkədən 72 min qeydiyyatdan keçmiş iştirakçı var. Onların arasında 80 prezident, vitse-prezident və baş nazir var. Sizin COP29-a qatılmamağınız ikiüzlülüyünüzün göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, bu məsələ aydındır və COP29-a qatılan ölkələrin liderləri də fərqindədir ki, bura siyasi bir arena deyil: “Bura insanların qarşı-qarşıya qaldığı, insanlığın gələcəyini təhdid edən iqlim dəyişikliyi probleminə bir həll axtarmaq arenasıdır. Əgər bura qatılmayan Qərb liderlərin parlaq fikirləri varsa, kaş gəlib dünən o fikirləri bizimlə bölüşərdilər və insanlıq üçün həll yolu axtararkən münüsibət bildirərlərdi. Bu ikili standartdır.

Avropada bir qrup diasporların oyuncağı halına gəlmiş bəzi ölkə liderlərinin artıq gerçəyi görməsi lazımdır. Edilənlər insanlığa qarşı mənə görə günahdır. İnsanlıq təcili şəkildə hava kirliliyi, qlobal istiləşmə və ozon qazının daha çox buraxılmaması üçün həll yolu axtarmaqdadır. İnsanlar kənd təsərrüfatında quraqlıq səbəbindən azalma və dünya aclıq təhlükəsi ilə qarşı-qarşıyadır. Sizin belə bir insanlıq məsləsinin danışıldığı konfransa gəlməmək kimi şansınız yoxdur. Dünən sizi də burada görmək hər kəsin arzusu idi. Ama siz itirdiniz. Azərbaycan yoluna güclü bir şəkildə davam edəcək. Kaş gəlib bu möhtəşəm təşkilatçılığı görə bilsəydiz. Azərbaycan sizdən daha uğurlu bir təşkilatçılıq etdi”.

Ayşən Vəli

Избранный
44
sia.az

1Источники