RU

“COP29-la bağlı təxribat həyata keçirənlər ciddi səhv edirlər“ - ŞƏRH OLUNDU

“Bu gün Bakıda tarix yazılır. Belə ki, insanlığın ən böyük problemi olan iqlim dəyişikliyi ilə bağlı problemlərin həlli yolları axtarılır. İlk dəfə regionumuzda COP konfransı keçirilir və bu hər birimizi qürurlandırır". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

O bildirib ki, illərdir ki, Azərbaycanda milyonlarla ağac əkilir, parkların və meşələrin sayı artır: “Buna görə də Azərbaycan iqlim dəyişmələrinə qarşı illərdir mübarizə aparır və bu mənada da COP29-a möhtəşəm şəkildə ev sahibliyi edə bilir. Dünyada çox az ölkə var ki, Azərbaycanın iqlim dəyişmələri ilə bağlı etdiklərini həyata keçirə bilsin. Təbii ki, ölkə başçısının verdiyi mesajlar da çox önəmlidir və dünya bu mesajlardan dərs çıxarmalıdır.

Azərbaycana qarşı COP29-la bağlı təxribat həyata keçirənlər ciddi səhv edirlər. Çünki COP siyasi arena deyil, bura dünyada insanları narahat ciddi ekoloji problemlərə həll yolu tapmaq mərkəzidir. İqlim dəyişmələri, havanın bu qədər çirklənməsinə səbəb birbaşa böyük dövlətlərdir. Lakin bundan zərər görən kiçik və kasıb dövlətlərdir. Buna görə də onlar da bu konfransda iştirak etməli, öhdəliklərini anlamalı və təkliflərini irəli sürməlidirlər”.

Избранный
35
sia.az

1Источники