RU

“AzərEnerji” ilə Səudiyyə Elektrik Şirkəti arasında memarandum imzalanıb

Bakı. Trend:

COP29 çərçivəsində “Səudiyyə Elektrik Şirkətininbaşçısı Xalid Əl Hamidi ilə “AzərEnerji” ASC-nin rəhbəri BabaRzayev arasında analaşma memarandumu imzalanıb.

Trend xəbər verir ki, bu barədə “AzərEnerji” ASCməlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Energetikanaziri ilə Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirininiştirakı ilə “mavi zonada” keçirilən görüşdən sonra imzalananmemarandum əsasən bərpa olunan enerji mənbələrinin enerjisisteməinteqrasiyası, elektrik enerjisi sahəsində bilik və təcrübəmübadiləsini əhatə edir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyiüzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlıədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilədayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşılenerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığıüçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanınazaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şəraityaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
56
2
az.trend.az

2Источники